Həftəsonu tarixdə ilk dəfə keçiriləcək Madriddəki Formula 1 Qran-prisi ilə bağlı narahat doğuran məqamlar var.
“Madrinq”in tibb mərkəzinin rəhbəri İzabel Omak bildirib ki, qarşıdakı İspaniya Qran-prisində trasın xüsusiyyətlərinə görə demək olar ki, istənilən insident qırmızı bayraqların tətbiqinə səbəb ola bilər.
Onun sözlərinə görə, yeni trasda xidmət yollarının olmaması qəza və ya digər insidentlər zamanı müdaxiləni çətinləşdirir. Belə hallarda yarışın virtual təhlükəsizlik avtomobili rejiminə keçirilməsi, real təhlükəsizlik avtomobilinin trasda görünməsi və ya qırmızı bayraqların dalğalandırılması lazım gələcək.
Omak qeyd edib ki, trasda təhlükəsizlik zonaları ya yoxdur, ya da çox kiçikdir və bir çox hissədə bolidləri divarlar əhatə edir. Buna görə də insident baş verdikdə yarışın neytrallaşdırılması və ya tam dayandırılması tələb oluna bilər.