“Sabah”la oyundan öncə baş məşqçi ilə yeni müqavilə

UEFA Gənclər Liqasında “Mançester Yunayted”i bu gün “Sabah”ın U-19 komandası ilə matça çıxaracaq baş məşqçi Adam Lourenslə müqavilə müddəti uzadılıb. Newsport.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin həmçinin akademiya sistemində Peşəkar İnkişaf Mərhələsinə də rəhbərlik edəcəyi bildirilib. A.Lourens U-19 komandasını UEFA Gənclər Liqasında “Sabah”la yanaşı, digər matçlara çıxaracaq. Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” matçı İngiltərənin Li şəhərindəki “Li Sports Villic” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right