Mesut Özil: "Real"da da belə idi" AÇIQLAMA

“Arsenal”ın futbolçusu Mesud Özil onu tənqid edən azarkeşlərə ismarıc yollayıb. 
 
Newsport.az saytının məlumatına görə,  İngiltərə mətbuatına açıqlama verən almaniyalı ona ünvanlanan tənqidlərdən bezdiyini deyib: 
 
“Mən özümü heç kimə sübut etmək məcburiyyətində deyiləm. Onsuz “Real”Madriddə də oynayanda bu cür tənqidlər eşidirdim. Lakin bu futboldur. Bir gün oyunun yaxşı alınar, səhərisi günü pis. Yayda dünya çempionu oldum deyə azarkeşlər məni tərifləyirdilər. Lakin Premyer Liqa başladı və tənqidlərə də start verildi”.  Özil Premyer Liqanın son turunda “Aston Villa” ya qarşı keçirilən matçda fərqlənərək bu mövsüm ilk qolunu vurub.
 
Qeyd edək ki, Özil 2013-cü ildə “Real”Madriddən 42.4 milyon funt-sterlinq müqabilində “Arsenal”a transfer olub.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right