Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

Burak Yılmaz yenidən "Qaziantep"in baş məşqçisi vəzifəsinə təyin olunub.

Newsport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Burak Yılmaz dekabrın 15-də öz istəyi ilə tutduğu postdan istefa vermişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right