Sabiq futbolçu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilk peşəkar müqaviləsini imzalayıb. 2008-ci il təvəllüdlü futbolçu atasının hazırda çalışdığı klubun – “Milan”ın şərəfini qoruyacaq.
Newsport.az “qırmızı-qaralar”ın mətbuat xidmətinin bu hadisə ilə bağlı yaydığı açıqlamanı təqdim edir:
“Milan” məmnuniyyətlə bildirir ki, Vinsent Zlatan İbrahimoviç klubla ilk peşəkar müqaviləsini imzalayıb. Yarımmüdafiəçi “Milan Futuro” (“Milan”ın gələcəyi) layihəsinin bir hissəsidir”.
Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını başa vurub. O, qısa fasilədən sonra isə “Milan” rəhbərliyinə daxil olub və daha əvvəl Paolo Maldiniyə məxsus olan vəzifəyə yaxın bir mövqedə fəaliyyət göstərməyə başlayıb.