Runi “Qarabağ”ın rəqibinin futbolçusu haqda: “Hazırda səhv addımlar atır”

“Mançester Yunayted” və “Everton”un sabiq hücumçusu Ueyn Runi “Liverpul”un forvardı Məhəmməd Salah haqqında fikirlərini bölüşüb.

Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, misirli oyunçunun hazırkı davranışları ilə klubdakı nüfuzuna ziyan vurduğunu hesab edir:

“Salah “Liverpul”dakı mirasını məhv edir. O, hazırda səhv addımlar atır. Baş məşqçi Arne Slot bu vəziyyəti mütləq təhlil etməlidir”.

33 yaşlı Salah daha əvvəl klubdakı mövqeyindən narazı olduğunu və ona vəd edilən oyun vaxtının verilmədiyini demişdi. O, bu mövsüm Premyer Liqada 13 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right