Sabiq futbolçu “Barselona”ya Fernandesi məsləhət görür

“Valensiya”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Qaiska Mendieta “Mançester Yunayted”in kapitanı Bruno Fernandesin La Liqaya mümkün keçidi barədə fikirlərini bölüşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun İspaniya çempionatında uğur qazanmaq üçün bütün keyfiyyətlərə sahib olduğunu bildirib:

“İlkay Gündoğan nümunəsi var. O da “Barselona”ya 30 yaşını keçdikdən sonra gəldi. Buna görə də, Bruno Fernandesin yaşı ilə bağlı narahat olmaq lazım deyil. Onun istedadı La Liqada uğur qazanmaq üçün yetərlidir. Əsas məsələ onun öz münasibətidir.

O, “Mançester Yunayted”in kapitanıdır. Bəlkə də, istədiyi mövqedə oynamaması ona təsir edir. Amma futbolçular müxtəlif ölkələrdə, müxtəlif liqalarda özlərini sınamağı sevirlər. Mən əminəm ki, o da bunu az düşünməyib.

“Barselona” azarkeşləri Fernandesi çox bəyənər, ondan yüz faiz razı qalarlar”.

31 yaşlı Fernandes cari mövsümdə “Mançester Yunayted”də 14 oyuna çıxaraq, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right