Məhəmməd Salah Misir millisi ilə Afrika Millətlər Kubokunda iştirak edəcək. “Liverpul”un cinah oyunçusu 21 dekabr – 18 yanvar tarixləri arasında keçiriləcək turnir üçün Misir yığmasının ilkin heyətinə daxil edilib.
Futbolçu “Liverpul”u daha tez tərk edə bilər. FİFA-nın oyunçuların turnirdən iki həftə əvvəl gəlməsini tələb etməsi gözlənilir.
Misirlilər təlim-məşq toplanışı zamanı 14 dekabrda Nigeriya ilə yoldaşlıq oyunu keçirəcək və üç gün sonra yarışa son hazırlıqlar üçün Mərakeşə gedəcək. “Liverpul” 33 yaşlı futbolçunu 13 dekabrda “Brayton”la oyuna qədər heyətdə saxlamağa ümid edir.
Salahın “Tottenhem”, “Vulverhempton” və “Lids” ilə oyunları buraxacağı dəqiqdir.
Məhəmməd ümumilikdə 8 oyunu buraxa bilər: “İnter” (9 dekabr), “Brayton” (13 dekabr), “Tottenhem” (20 dekabr), “Vulverhempton” (27 dekabr), “Lids” (1 yanvar), “Fulhem” (4 yanvar), “Arsenal” (8 yanvar) və “Börnli” (17 yanvar).