“Qalatasaray”ın oyununda azərbaycanlı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer kimi təyinat alıb.

Gözəlbəyli qadın voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Qalatasaray” və Portuqaliyanın “Portu” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Dekabrın 3-də İstanbulda reallaşacaq qarşılaşmanın hakimləri italiyalı Mauro Karlo Qoitre və finlandiyalı Marko Oravaynen olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right