“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol qaydalarında mümkün dəyişikliklər barədə danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məşqçilərin oyunçulara əlavə təlimatlar verə biləcəyi fasilələrin tətbiqi ideyasını dəstəkləyib-dəstəkləmədiyi haqda suala cavab verib:
“Xeyr, xeyr, xeyr, bu, yalnız oyunu ləngidəcək. Bu, basketbol deyil, futboldur. Mən öz fikrimə əminəm”.
“Şəhərlilər” son turda “Lids”i 3:2 hesabıyla məğlub edib. Komanda İngiltərə Premyer Liqasının 14-cü turunda “Fulhem”lə qarşılaşacaq. “Mançester Siti” hazırda turnir cədvəlində “Arsenal”dan beş xal geridə qalaraq, ikinci yerdədir.