İngiltərə Premyer Liqası: “Liverpul” qalib gəldi, London derbisi “sülh”lə bitdi

İngiltərə Premyer Liqasında 13-cü tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.

“Mançester Yunayted” səfərdə “Kristal Pelas”a, “Liverpul” “Vest Hem”ə qalib gəlib. “Çelsi” və “Arsenal” arasındakı London derbisində isə qalib müəyyənləşməyib.

Hazırda “Arsenal” 30 xalla vahid liderdir. “Mançester Siti”nin 25, “Çelsi” və “Aston Villa”nın 24, “Brayton” və “Sanderlend”in 22, “Mançester Yunayted” və “Liverpul”un 21 xalı var.

İngiltərə Premyer Liqası
13-cü tur
29 noyabr

Brentford – Bernli 3:1
Qollar: Tyaqo, 81-pen; 86. Uattara, 90+2 – Flemminq, 85-pen.

Everton – Nyukasl 1:4
Qollar: Dyusberi-Holl, 69 – Tiav, 1; 58. Mayli, 25. Voltemade, 45.

Mançester Siti – Lids 3:2
Qollar: Foden, 1; 90+1. Qvardiol, 25 – Levin, 49. Nmeça, 68.

Sanderlend – Bornmut 3:2
Qollar: Le Fi, 30-pen. Traore, 46. Brobbi, 69 – A.Adli, 7. T.Adams, 15.

Tottenhem – Fulhem 1:2
Qollar: M.Kudus, 59 – Tete, 4. H.Uilson, 6.

30 noyabr

Kristal Pelas – Mançester Yunayted 1:2
Qollar: Mateta, 36-pen – Zirkze, 54. Maunt, 63.

Aston Villa – Vulverhempton 1:0
Qol: Kamara, 67.

Nottingem Forest – Brayton 0:2
Qollar: De Kuyper, 45+1. Tsimas, 88.

Vest Hem – Liverpul 0:2
Qollar: A.İsak, 60. Qakpo, 90+2.

Çelsi – Arsenal 1:1
Qollar: Çaloba, 48 – Merino, 59.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right