“Mançester Yunayted”in sabiq oyunçusu Pol Skoulz komandada hansı yarımmüdafiəçini görmək istədiyini açıqlayıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun transfer hədəfləri siyahısında “Brayton”un futbolçusu Karlos Baleba, “Nottingem Forest”in oyunçusu Elliot Anderson və “Kristal Pelas”ın üzvü Adam Uorton yer alır. Skoulz da məhz bu namizədlər arasında seçim edib:
“Yəqin ki, “Mançester Yunayted” üçün Uortonu seçərdim”.