FİFA prezidenti Livan vətəndaşlığı alıb

FİFA prezidenti Canni İnfantino Livan vətəndaşlığı aldığını açıqlayıb.

Newsport.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, livanlı olduğu üçün qürur duyduğunu bildirib. İnfantino sözügedən ölkənin prezidenti Jozef Aunla Beyrutda görüşdüyünü və vətəndaşlığı aldığını deyib.

İnfantino İsveçrə və İtaliya vətəndaşlığına da malikdir. O, Livanda anadan olan Line Al-Aşkarla evlidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right