“Bayern”in müdafiəçisi Dayo Upamekano karyerasını Fransada davam etdirə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ fransalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Paris klubunun rəhbərliyi onu gələn yay, “Bayern”lə müqaviləsinin müddəti başa çatdıqdan sonra pulsuz transfer etməyə çalışacaq.
27 yaşlı futbolçuya daha əvvəl “Real”ın da maraq göstərdiyi bildirilirdi. O, cari mövsümdə Bundesliqada 10 matça çıxıb və 1 qol vurub.