“Qarabağ”ın rəqibi Rafinya üçün 100 milyon avro təklif etməyi planlaşdırır

“Barselona”nın hücumçusu Rafinya Dias karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə çempionu “Liverpul” yayda braziliyalı futbolçu üçün 100 milyon avro təklif etməyi planlaşdırır.

28 yaşlı oyunçu Məhəmməd Salahın yerinə əla əvəzedici kimi qiymətləndirilir. O, bu mövsüm bütün turnirlərdə 7 matça çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right