DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya ilə qarşılaşacaq Türkiyə millisinin heyətində itkilər var.
Newsport.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Kaan Ayhan, Aral Şimşir, Abdülkerim Bardakcı və Kerem Aktürkoğlu zədə səbəbindən heyətdən çıxarılıb.
Cəzalı durumda olan İsmail Yüksek də düşərgədən ayrılıb. Əvəzində “Qalatasaray”dan Ahmed Kutucu heyətə daxil edilib.
Qeyd edək ki, İspaniya – Türkiyə matçı noyabrın 18-də, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.