“Liverpul”un problemi Virtsdir” Sabiq futbolçu

İngiltərənin bəzi klublarında çıxış etmiş sabiq futbolçu Duayt York “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsin çıxışını şərh edib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun komandanın məşqçi heyətinin gözlədiyi performansı vermədiyini hesab edir:

“Liverpul”un problemi Florian Virtsdir. Onun keçidi üçün ödənilən məbləğ də müəyyən çətinliklər yaradır”.

22 yaşlı yarımmüdafiəçi yayda Leverkuzen “Bayer”indən 125 milyon avroya transfer olunub. O, “Liverpul” forması ilə 16 oyunda iştirak edib, 3 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right