"Qalatasaray"ın futbolçusuna Super Liqadan təklif

"Qalatasaray"ın futbolçusu Yusuf Demir qış fasiləsində klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, "Göztepe" avstriyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İzmir klubu "Qalatasaray"da heyətə düşə bilməyən Yusufu icarəyə götürmək istəyir. 22 yaşlı oyunçu özü "Göztepe"yə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Yusuf Demiri 2022-ci ilin yayında Vyana "Rapid"indən transfer edib. Avstriya millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right