Təmsilçilərimizdən İslamiadada daha bir bürünc medal

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.

Newsport.az xəbər verir ki, seçmə komandamızın üzvləri bu gün daha bir mükafata yiyələniblər.

Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatını qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right