“Qarabağ”ın rəqibinin futbolçusu qərarını verib

“Liverpul”un müdafiəçisi İbrahima Konate klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Newsport.az “Diario AS”-a istinadən xəbər verir ki, fransalı futbolçu müqaviləsinin müddəti başa çatdıqdan sonra (2026-cı ilin yayı) “Liverpul”u azad agent kimi tərk edəcək.

Konateyə maraq göstərən klublar arasında “Real” və “Bayern” var. O, 2021-ci ilin yayında “Leyptsiq”dən “Liverpul”a keçmişdi.

26 yaşlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında 11 oyunda meydana çıxıb. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right