Ançelotti həmyerlilərinə inanmır?

Karlo Ançelotti Çempionlar Liqasındakı favoritləri müəyyənləşdirib. Braziliya millisinin baş məşqçisi 4 komandanın əsas namizəd olduğunu düşünür.

Newsport.az xəbər verir ki, müxtəlif klublarla saysız titul qazanan təcrübəli italyan həmvətənlərni bu siyahıda görmür. Onun fikrincə, kubok qitənin digər 4 böyük futbol ölkəsindən birinə gedəcək: “Real”, PSJ, “Mançester Siti” və “Bayern” əsas favoritlərimdir. Onlardan birinin titula sahib çıxacağını düşünürəm”.

Ançelotti formatın dəyişməsinə rəğmən, yarışın daha maraqlı olmadığını deyir: “Çoxlu böyük hesablar qeydə alınır. Bu da azarkeşlərin marağını azaldır. Gərginlik artmayıb. Niyyət yarışa diqqəti artırmaq idi, amma belə deyil”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right