Xabi Alonsodan məğlubiyyət şərhi

"Real"ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Liverpul"a uduzduqları oyun haqda danışıb.

Newsport.az xəbər verir ki, mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: 

“Oyun bərabər səviyyədə keçdi. Lakin sona doğru "Liverpul" çoxlu künc və cərimə zərbələri yerinə yetirdi.

İlk hissədə daha yaxşı görünürdük, amma ikinci hissədə çoxlu lazımsız qayda pozuntularına yol verdik... Nəticədə rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik.

Lakin biz xarakterimizi göstərdik. Çünki uduzmağın bir çox növü var".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right