Serb basketbolçu hökumət əleyhinə etiraza görə həbs edildi

Serbiya yığmasının keçmiş basketbolçusu Vladimir Ştimas hökumət əleyhinə etirazçılarla tərəfdarları arasında baş verən toqquşmalardan sonra Belqradda saxlanılıb.

Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bazar günü asayişi pozduğuna və qeydiyyatsız mitinqdə iştirak etdiyinə görə ümumilikdə 37 nəfər həbs edilib.

Ştimas bazar ertəsi azadlığa buraxılıb, lakin Belqrad Prokurorluğu ona qarşı 48 saat müddətinə həbs qətimkan tədbiri seçib. Bildirilir ki, o, etirazçıları təhrik etməkdə şübhəli bilinir. Keçmiş basketbolçu dindiriləcək və bundan sonra işin gedişatı ilə bağlı qərar veriləcək.

Serbiyada etirazlar Novi Sad qatar stansiyasında 16 nəfərin ölümünə səbəb olan örtüyün uçmasından sonra davam edir.

Ştimas 2004-cü ildən 2023-cü ilə qədər peşəkar şəkildə çıxış edib. Vladimir 2016-cı il Olimpiadasında, 2014-cü il Dünya Çempionatında və 2017-ci il AvroBasketində gümüş medal qazanıb. Karyerası ərzində o, “Srvena Zvezda”, “Fənərbağça”, “Anadolu Efes”, “Bayern”, “Unikaxa”, “Jalgiris” və digər klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right