Türk futbolçunun “elçilər”i çoxalır

“Yuventus”un hücumçusu Kənan Yıldız getdikcə Avropanın daha çox aparıcı klublarının transfer siyahısına düşür.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun çıxışını “Real”, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi”nin nümayəndələri diqqətlə izləyir.

Turin klubunun rəhbərliyi Yıldızla müqavilənin müddətini uzatmaq və onun maaşını artırmaq niyyətindədir.

Türk futbolçu cari mövsümdə “Yuventus”un heyətində 10 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right