"Qarabağ"ın rəqibində itki 3-4 həftə oynamayacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli" ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, İtaliya çempionunun yarımmüdafiəçisi Stanislav Lobotka sıradan çıxıb.

Slovakiya milli komandasının düşərgəsində olan futbolçu klubuna geri qayıdıb. 30 yaşlı dayaq yarımmüdafiəçisi təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Təcrübəli oyunçu bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması 26 noyabr tarixində İtaliyada baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right