"Arsenal"da şok itki kapitan zədələndi

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, London təmsilçisinin kapitanı Martin Edeqor sıradan çıxıb. Norveçli yarımmüdafiəçi Premyer Liqanın 7-ci turunun "Vest Hem"lə matçında (2:0) dizindən zədələnib.

Komandanın baş məşqçisi Mikel Arteta oyundan sonra Edeqor haqda danışıb. O, 26 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu deyib.

Qeyd edək ki, Martin Edeqor bu mövsüm "Arsenal"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right