"Dünya çempionatının oyunlarının təhlükəsiz şəraitdə keçirilməsini təmin edəcəyik" Donald Tramp

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının bəzi oyunlarının təxirə salınma ehtimalını istisna etməyib.

Newsport.az“Sky Sports”a istinadən xəbər verir ki, o, mundialdakı görüşlərin təhlükəsiz şəraitdə keçirilməsini istədiklərini bildirib:

"Biz matçların təhlükəsiz şəraitdə keçirilməsini təmin edəcəyik. Əgər hər hansı bir şəhəri Dünya Kuboku matçına ev sahibliyi etmək üçün hətta uzaqdan da təhlükəli hesab etsək, onun keçirilməsinə icazə verməyəcəyik və oyunu başqa şəhərə keçirəcəyik. Amma ümid edirəm ki, bu baş verməyəcək".

Qeyd edək ki, turnirin püşkatma mərasimi dekabrın 5-də Vaşinqtonda keçiriləcək. Əlavə edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right