Levandovski Neymara çatdı

“Barselona”nın hücumçusu Robert Levandovski komandasında 105-ci qolunu vurub. 

Newsport.az xəbər verir ki, polşalı oyunçu La Liqanın 6-cı turunda “Ovyedo” ilə oyunda (3:1) fərqlənib.

Bu göstərici ilə o, Kataloniya təmsilçisinin sabiq futbolçusu Neymarın klubdakı qol sayına çatıb. 

Qeyd edək ki, Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro civarında qiymətləndirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right