Almaniya millisinin sabiq üzvü Lotar Matteus “Bayern”in fransalı vingeri Mikael Olise haqqında fikirlərini bölüşüb.
Olise Münhen klubuna 2024-cü ilin yayında qoşulub və 5 illik müqavilə imzalayıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Matteus 22 yaşlı futbolçunun ən yüksək səviyyəyə çatmaq potensialının olduğunu deyib:
“Onun böyük futbolçu olmaq üçün lazım olan hər şeyi var. Mən onun üçün heç bir məhdudiyyət görmürəm. Osman Dembele nümunəsi göstərir ki, cinah oyunçusu da dünyanın ən yaxşı futbolçusu ola bilər. Bu, əsasən komandanın uğurlarından asılıdır, xüsusilə də, UEFA Çempionlar Liqasında. Amma bəli, mən inanıram ki, Olise bunu bacarar”.
Mətbuatda “Bayern” rəhbərliyinin Olise ilə müqavilənin müddətini uzatmaq istədiyi yazılsa da, hələlik futbolçunun nümayəndələri ilə danışıqlar aparılmayıb.