Xabi Alonsodan parlaq start

“Real”ın baş məşqçisi Xabi Alonso işi ilə adından söz etdirir.

Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis Madrid klubunun sabiq baş məşqçilərinin uğurunu təkrarlayıb.

Komanda onunn rəhbərliyi altında La Liqada ilk beş matçın hamısında qələbə qazanıb.

Bununla da Alonso Xose Kirante və Vanderley Luşemburqonun nailiyyətini təkrarlayıb. Kirantenin rəhbərliyi altında “Real” 1928-29 mövsümündə ilk beş matçı qələbə ilə başa vurub. Luşemburqo isə bunu 2004-05 mövsümündə reallaşdırıb.

Qeyd edək ki, Madrid təmsilçisi hazırda 15 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Alonso bu ilin may ayında "Real"ın baş məşqçisi təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right