Millimizin üzvü oynadı, komandası qazandı

Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" öz meydanında "Daequ"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Anton bu matçda start heyətdə oyuna çıxıb və sona qədər meydanda olub.

Xallarını 48-ə yüksəldən "Daejon" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right