UEFA İsraili yarışlardan kənarlaşdıracaq Tarix məlumdur

UEFA İsrail millisini və klublarını sentyabrın 23-də avrokuboklardan kənarlaşdırmağı planlaşdırır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, yığma komanda 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsindən, “Makkabi” isə Avropa Liqasından kənarlaşdırılacaq. Federasiyaların böyük əksəriyyəti İsrailə qarşıdır. İsrail isə məsələnin sentyabrın 23-də keçiriləcək iclasda səsverməyə çıxarılmasının qarşısını almağa çalışır.

İsrailə qarşı bu addımın səbəbi Fələstinə edilən hücumlarıdır.

Ukraynaya hücum edən Rusiyanın milli komandaları və klubları da 2022-ci ilin fevral ayının sonundan etibarən beynəlxalq yarışlardan kənarlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right