İngiltərədən 3 “müştəri”si var Braziliyalı futbolçunun

“Yuventus”un müdafiəçisi Qleyson Bremer qış transfer dönəmində İngiltərə Premyer Liqasına keçə bilər.

Newsport.az “TEAMtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə üç top-klub – “Liverpul”, “Çelsi” və “Mançester Yunayted” maraqlanır.

Turin təmsilçisi braziliyalı futbolçunu saxlamaq niyyətindədir, ancaq Bremer özü İngiltərəyə köçməyə hazırdır.

2022-ci ildən “Yuventus”da çıxış edən müdafiəçi indiyədək bütün turnirlərdə 95 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right