DÇ-2026: Türkiyə və Qazaxıstan yığmalarından biabırçı məğlubiyyət Yenilənib

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələnin oyunları davam edir.

Newsport.az xəbər verir ki, bu gün 4 qrupda daha 8 qarşılaşma keçirilib.

E qrupunda mübarizə aparan Türkiyə millisi öz meydanında son Avropa çempionu İspaniya ilə qarşılaşıb. Oyun gözlənilməz hesabla başa çatıb. İspaniya millisi Türkiyədə keçirilən oyunda "ay-ulduzlular"ın qapısına 6 cavabsız qol vurub.

Qrupun digər matçında Gürcüstan millisi Bolqarıstanı qəbul edib və rəqibini böyük hesabla məğlub edib - 3:0.

J qrupunda keçirilən Belçika - Qazaxıstan matçında da böyükhesablı nəticə qeydə alınıb. Meydan sahibləri qazaxlara 6:0 hesabı ilə qalib gəlib.

7 sentyabr

DÇ-2026
Seçmə mərhələ

A qrupu

Almaniya – Şimali İrlandiya - 3:1
Qollar: 
Qnabri, 7. Amiri, 69. Virts, 72 – Prays, 34.

Lüksemburq – Slovakiya - 0:1
Qol:
 Riqo, 90.

G qrupu

Litva – Niderland - 2:3
Qollar: 
Ginetis, 36. Girvaynis, 43 – Depay, 11; 63. Timber, 33.

Polşa – Finlandiya - 3:1
Qollar:
 Keş, 27. Levandovski, 45+2. Kaminski, 55 – Kallman, 88.

J qrupu 

Şimali Makedoniya – Lixtenşteyn - 5:0
Qollar:
 E.Elmas, 15. Bardi, 52. Çurlinov, 56. Qamili, 82. Stankovski, 90.

Belçika – Qazaxıstan - 6:0
Qollar:
De Bröyne, 42; 84. Doku, 44; 60. Raskin, 51. Munye, 87.

E qrupu

Gürcüstan – Bolqarıstan - 3:0
Qollar: 
Kvaratsxeliya, 30. Qaqnidze, 44. Mikautadze, 65.

Türkiyə – İspaniya - 0:6
Qollar:
 Pedri, 6; 62. M.Merino, 22; 45+1; 57. F.Torres, 53.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right