Milliyə çağırılmayan futbolçu “üsyan etdi”

“Monako”nun müdafiəçisi Erik Dayer İngiltərə millisinə çağırılmamasından təəssüflənib.

Newsport.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“İngiltərə yığmasının heyətində olmamağım hər dəfə pis edir. Son iki ildə “Bayern”in heyətində demək olar ki, hər oyunda iştirak etmişəm, Bundesliqa çempionluğunu qazanmışam, Çempionlar Liqasının 1/4 finalına və yarımfinalına yüksəlmişəm. Hiss edirdim ki, heyətə düşmək üçün əlimdən gələni etmişəm. Amma bu, baş vermədi”.

Dayer bu ilin iyul ayında azad agent kimi “Monako”ya keçib. O, bu mövsüm 3 oyunda iştirak edib və 1 qol vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right