Serbiya millisinin üzvü ərəblərin hədəfində

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu heyətini Serbiya millisinin yarımmüdafiəçisi Nemanya Qudellə gücləndirmək istəyir.

Newsport.az “Sky Sports”a istinadən xəbər verir ki, ərəblər 33 yaşlı futbolçu üçün “Sevilya”ya rəsmi təklif də göndərib.

Qudelyin Əndəlusiya təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Yaxın günlərdə keçidin rəsmiləşib-rəsmiləşməyəcəyi dəqiqləşəcək.

O, “AZ Alkmaar”, “Ayaks”, “Tianjin Teda”, “Quanjou Everqrand”, “Sportinq” klublarında oynadıqdan sonra 2019-cu ildə “Sevilya”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right