“Qarabağ”ın rəqibi oyunçusunu icarəyə göndərib

“Napoli” yarımmüdafiəçisi Luis Xasanın B Seriyası təmsilçisi “Karrareze”yə icarəyə göndərildiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə İtaliya çempionunun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu alban əsilli olub, peşəkar karyerasına “Yuventus”un ehtiyat komandasında başlayıb və “Leççe”də çıxış edib. O, İtaliya U-19 və U-20 yığmalarında da oynayıb. 2023-cü ildə U-19-la Avropa çempionu olub, 2022-ci ildə isə U-18 komandası ilə Aralıq dənizi oyunlarında gümüş medal qazanıb.

Bazar dəyəri 1 milyon avro qiymətləndirilən oyunçu cari mövsümdə hələ meydana çıxmayıb.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right