PSJ futbolçusunu Premyer Liqa klubuna icarəyə verdi RƏSMİ

Randal Kolo-Muani bu mövsümü İngiltərə Premyer Liqasında keçirəcək.

Newsport.az xəbər verir ki, "Tottenhem" hücumçunu PSJ-dən icarəyə götürdüyünü açıqlayıb. Fransız oyunçu London klubunda 39 nömrəli forma ilə çıxış edəcək.

Bildirilir ki, Paris klubu Kolo-Muaninin icarəsi üçün London klubundan 5 milyon avro alacaq.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısını Kolo-Muani "Yuventus"da keçirib və 16 matçda 8 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right