“Mançester Yunayted”in braziliyalı vingeri Antoni “Betis”ə transferinin alınmaması barədə sosial şəbəkədə paylaşım edib.
Newsport.az xəbər verir ki, 24 yaşlı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bəzən həyatın sürprizlər təqdim etdiyini bildirib:
“Əzizlərimin, doğmalarımın əhatəsində. Bəzən həyat bizə sürprizlər təqdim edir”.
“Betis” ötən mövsüm Antoni ilə icarə əsasında əməkdaşlıq etmişdi. O, İspaniya klubunun heyətində 26 oyuna çıxaraq, 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Ancaq bu dəfə “Betis” Antoninin birdəfəlik transferindən imtina edib.