“Qarabağ”ın rəqibinin futbolçusu “Fənərbaxça”ya keçir 25 milyon avroya

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi olan “Benfika”nın yarımmüdafiəçisi Kərəm Aktürkoğlu “Fənərbaxça”ya keçməyə yaxındır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq anlaşıb. Türkiyə klubu futbolçu üçün 22,5 milyon avro və əlavə olaraq 2,5 milyon avro bonus ödəyəcək.

Kərəm Aktürkoğlu daha əvvəl Türkiyədə “Qalatasaray”da çıxış edib.

“Fənərbaxça” daha əvvəl Çempionlar Liqasının liqa mərhələsinə yüksələ bilməyib, cavab matçında “Benfika”ya uduzub (0:1). Yeganə qolu Kərəm Aktürkoğlu vurub. Bundan sonra klub baş məşqçi Joze Mourinyonu istefaya göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right