Sergen Yalçın "Beşiktaş"a qayıdır

Ule Qunnar Sulşerlə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi Sergen Yalçınla anlaşmağa yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb.

52 yaşlı mütəxəssis "qara qartaallar"la danışıqlar aparmaq üçün klubun bazasına gedib.

Qeyd edək ki, Sergen Yalçın 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olub və komanda ilə çempionluq yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right