“Barselona”nın futbolçusu komanda yoldaşlarından şikayətləndi

“Barselona”nın müdafiəçisi Jül Kunde gənc komanda yoldaşları haqda danışıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunu deyib:

“Paltardəyişmə otağında gənc futbolçularımız özlərini uşaq kimi aparırlar. O qədər səs-küy salırlar ki, başım ağrımağa başlayır”.

Kataloniya klubunun heyətində çoxlu gənc oyunçular var və onlar komandanın uğurunda böyük rol oynayır.

Kunde bu yaxınlarda “Barselona” ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right