"Çelsi" argentinalı üçün "Mançester Yunayted"ə 46 milyon avro ödəyəcək

Alexandro Qarnaço "Mançester Yunayted"dən "Çelsi"yə transfer olunur.

Newsport.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, klublar razılığa gəlib."Çelsi" argentinalı vinger üçün 46 milyon avro ödəyəcək. Bundan əlavə, "qırmızı şeytanlar" futbolçunun gələcək satışından 10% pay əldə edəcək.

Əgər transfer baş tutarsa, bu, "Mançester Yunayted" tarixində ən böyük satışlardan biri olacaq. Klub daha sərfəli yalnız Kriştiano Ronaldonu "Real"a (94 milyon avro), Romelu Lukakunu "İnter"ə (74 milyon) və Anxel Di Marianı "PSJ"yə (63 milyon) satmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right