"Beşiktaş" təzminat ödəyib yollarını ayırdı Rəsmi

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, İstanbul nəhəngi Aleks Oksleyd-Çemberleynlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub 32 yaşlı futbolçuya 1,7 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn 2023-cü ilin yayından "Beşiktaş"da çıxış edirdi. İngiltərə millisinin sabiq üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right