"Liverpul"un sabiq futbolçusu aşağı liqa klubunda

"Liverpul"un sabiq futbolçusu Danni İnqsin yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, ingiltərəli hücumçu karyerasını Çempionşipdə davam etdirəcək.

İnqs "Şeffild Yunayted"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı forvard aşağı liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Danni İnqs 2011-2019-cu illərdə "Liverpul"da çıxış edib. O, "Vest Hem", "Sauthempton" və "Aston Villa"da da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right