"Qarabağ"ın sabiq futbolçuları Bakıda görüşdülər FOTO

"Qarabağ"ın sabiq futbolçusu Julio Romao Azərbaycana gəlib.

Newsport.az xəbər verir ki, "Ferentsvaroş"da çıxış edən braziliyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü üçün Bakıya səfər edib.

Romao "Qarabağ"da birlikdə çıxış etdiyi, hazırda "Araz-Naxçıvan"ın formasını geyinən Patrik Andrade və Hamidu Heyta ilə görüşüb.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. İlk oyun Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right