"Latsio" mərakeşli futbolçu üçün hərəkətə keçdi

“Latsio” PSV-nin futbolçusu İsmael Saibari Ben El Basranı heyətinə qatmağı planlaşdırır.

Newsport.az “Tuttosport”a istinadən xəbər verir ki, A seriyasının təmsilçisi mərakeşli yarımmüdafiəçi üçün klubuna rəsmi təklif göndərib.

24 yaşlı futbolçu özü İtaliya klubuna keçməyə müsbət yanaşır. Sadəcə “Latsio” PSV-nin tələb etdiyi 30 milyon avroluq təzminatı ödəməlidir.

Mərakeş millisinin üzvünün PSV ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right