“Qalatasaray” Ederson üçün növbəti cəhdini edəcək

“Qalatasaray” “Mançester Siti”nin qapıçısı Edersonun transferindən hələ də ümidini üzməyib.

Newsport.az “Daily Mail”-ə istinadən xəbər verir ki, tərəflər arasında əvvəlki danışıqlar uğursuz alınsa da, İstanbul klubu geri çəkilməyib. Artıq bu gün braziliyalı qolkiperlə bağlı yeni müzakirələrin aparılması gözlənilir.

“Mançester Siti” yay transfer pəncərəsində qapı xəttini gücləndirərək, “Bernli”dən Ceyms Traffordu geri qaytarıb. Bundan başqa, yaxın vaxtlarda komandaya PSJ-dən Canluici Donnarummanın da qoşulacağı istisna edilmir.

32 yaşlı Edersonun “transfermarkt”dakı dəyəri 20 milyon avro göstərilir. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti gələn il başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right