“Bayern”in idman direktoru Maks Eberl “Çelsi”nin hücumçusu Nikolas Ceksonla bağlı sualı cavablandırıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 24 yaşlı forvardın Münhen klubunun əsas transfer hədəfi olduğu ilə bağlı məlumatı təkzib edib:
“Ceksonla müqavilə bağlamaq mövzusu bizim üçün aktual deyil”.
“Bayern” Bundesliqanın ilk turunda “Leyptsiq”i məğlub edib (6:0).