"Qarabağ"dan ayrılan futbolçu "Lokomotiv"də Rəsmi

"Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, monteneqrolu sağ cinah müdafiəçisi karyerasını Xorvatiyada davam etdirəcək.

Veşoviç "Lokomotiv"lə anlaşıb. Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. O, ötən mövsümün sonunda Azərbaycan çempionundan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right